Ermənistanın Rusiyadakı səfirliyi qarşısında Paşinyana etiraz - Video

XƏBƏR
14:50
11 Yanvar 2021
50

Ermənistanın Moskvadakı səfirliyi qarşısında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Sabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyanın Moskvaya səfərinə və erməni xalqı adından hər hansı bir sənədin imzalanmasına qarşı etiraz aksiyası keçirmək üçün səfirliyin binası qarşısına onlarla insan toplaşıb.

Etirazçılar Paşinyanın danışıqlara getməsinin əleyhinə və onun istefasını tələb edən imzatoplama kampaniyası təşkil edib.

Xəbər lenti