Üç nəfəri aldadaraq 15 min pul "atdı"

HADİSƏ
20:25
4 Fevral 2020
56

Yevlax və Qəbələ rayon polis şöbələrinin əməkdaşlarının birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə axtarışda olan 1960-cı il təvəllüdlü Nazim Quliyev Qəbələ rayonu ərazisində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Nazim Quliyevin Yevlax rayonunun Ağqıraq kənd sakinləri - Dünyamin Sadıxov və Kamran Bəhərçinovdan polisə düzəldəcəyi vədi ilə ümumilikdə 7000 manat, həmin kənd sakini olan Nicat Bəhərçinovdan isə təqaüdə çıxaracağı vədi ilə 8000 manat pulu alaraq dələduzluq yolu ilə ələ keçirib.

N.Quliyevin respublikanın digər şəhər və rayonlarında, əsasən kənd sakinlərinə qarşı analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yevlax Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti