Zakir Həsənov azad edilmiş ərazilərimizdə - Fotolar

ÖLKƏ
12:10
9 Yanvar 2021
65

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Sabah.az xəbər verir ki, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Sonda nazirliyin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib və çay süfrəsi arxasında onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.

Xəbər lenti