Tvitter Trampın hesabını birdəfəlik blokladı

GÜNDƏM
09:36
9 Yanvar 2021
45

Tvitter rəhbərliyi şiddətə səbəb ola biləcəyindən narahat olduğu üçün ABŞ-ın hazırki prezidenti Donald Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb.

Sabah.az xəbər verir ki, bu barədə şəbəkə rəhbərliyinin açıqlamasında deyilir.

Qeyd edilir ki, "şiddətə yeni təhrik etmə təhlükəsi səbəbindən hesab daimi olaraq dayandırılıb". Qərar Amerika liderinin "hesabındakı son mesajları diqqətlə nəzərdən keçirilməsindən" sonra verilib. Hazırda Trampın hesabına giriş yoxdur.

Respublikaçı prezident həmçinin Tvitterə alternativ platforma yaratmaq imkanını açıqlayıb. Tramp müvafiq mesajı ABŞ prezidentinin rəsmi Tvitter səhifəsində yerləşdirib.

Xəbər lenti