Sahibsiz itlər kənd sakinlərinə hücum etdi - Yaralılar var

HADİSƏ
21:24
29 Fevral 2020
89

Ağstafa rayonunda sahibsiz itlər kənd sakinlərinə hücum edib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Qırılı kənd sakinləri Elnur Yusifov və Həsən Hüseynov hücuma məruz qalıblar. İtlər Elnurun hər iki qollarını və qarın nahiyəsini, Həsənin isə ayağını ağır yaralayıb.

Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlara ilkin yardım göstərilib və quduzluq əleyhinə qarşı vaksinlər vurulub.

Xəbər lenti