Bakıya qar yağacaq?

XƏBƏR
16:30
8 Yanvar 2021
99

“Bakıda yaxın həftələr ərzində qar yağmayacaq”.

Sabah.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, iqlim dəyişmələri anomal hadisələrdir:

“Hazırda heç kim deyə bilməz ki, 2012-ci ildəki kimi şaxtalı proses təkrarlanmayacaq. Əgər qar gözlənilsə, 3 gün qabaqcadan proqnozlarımızı əhaliyə çatdıracağıq”.

U.Tağıyeva xatırladıb ki, yaxın illərdə- 2012-ci ilin fevral ayında Azərbaycanda qış soyuq keçib: “Nabrandan Sumqayıta qədər Xəzər dənizinin donması müşahidə olunurdu. Bildirmək istəyirəm ki, etibarlı proqnozlar 3-4 günü əhatə edən proqnozlardır”.

Xəbər lenti