Daha bir şəhid oğluna atasının adı qoyuldu - Video

ÖLKƏ
15:59
8 Yanvar 2021
198

Vətən Müharibəsi şəhidi, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanovun ilk övladı dünyaya gəlib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Qurbanov döyüşə gedərkən yoldaşı hamilə olub. Bir neçə gün əvvəl isə Bakıda klinikaların birində şəhidin oğlu dünyaya gəlib. Körpəyə atası Ruslanın adı qoyulub.

Ailəsi onu Biləsuvar rayonunun Ağalıkənd kəndinə aparıb.

Ruslan Qurbanov ölümündən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad edilməsi uğrunda” medalı ilə təltif edilib.

Xəbər lenti

14:31 22 Yanvar 2021
13:45 22 Yanvar 2021
17:05 21 Yanvar 2021
13:44 21 Yanvar 2021
12:41 21 Yanvar 2021