Ceyhun Osmanlı da Prezident Administrasiyasına çağırıldı
Azərbaycan Yaşıllar Hərəkatının həmtəsisçisi, 4-cü çağırış Milli Məclisin deputatı Ceyhun Osmanlı Prezident Administrasiyasının yeni yaradılmış Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən Administrasiyaya dəvət edilib.
Sabah.az xəbər verir ki, bu barədə Ceyhun Osmanlı "Facebook" hesabından məlumat verib.
"Prezident Administrasiyasının yeni yaradılmış Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş üzrə şöbə müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə Azərbaycan Yaşıllar Hərəkatı olaraq görüşə dəvət edildik. Təşəbbüslərimiz, planlarımız, gələcək layihələr barədə düşüncələrimiz dinlənildi. Görüşün ruhunda hakimiyyət tərəfindən səmimi dialoq və əməkdaşlıq mesajı hiss etdim. Davamlı olmasını və dialoq mühitinin cəmiyyətimizin hər bir təbəqəsini əhatə etməsini arzu edirəm", - deyə C. Osmanlı bildirib.
Daha çox