İndiyədək “YAŞAT”a daxil olan vəsait açıqlandı

İQTİSADİYYAT
13:15
8 Yanvar 2021
134

“İndiyədək “YAŞAT” Fonduna 24 milyon 804 min 936 manat 86 qəpik vəsait daxil olub”.

Sabah.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, müvafiq saytda məbləğin üzərinə vurduqda vəsaitin hansı valyuta ilə qoyulduğunu görmək olar: “Məbləğin 15 milyon manatı fiziki şəxslər, 9 milyon manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Həmçinin 47 min 200 manata tibbi reablitasiya avadanlığı alınıb. Bu avadanlıq imkan verir ki, istifadə edən şəxs gələcəkdə əlil olmasın. Avadanlıqla hər gün 35-40 nəfərə eyni vaxtda kömək etmək mümkündür”.

Ü. Mehdiyev bildirib ki, Fond 1483 ailəni öhdəliyə götürüb. Fondun saytında ödənilən məbləğin hamısı detallı şəkildə qeyd olunur.

İstənilən vətəndaş “YAŞAT”ın həm gəlirlərinə, həm də xərclərinə şəffaf şəkildə nəzarət edə biləcək.

Xəbər lenti