Karantin icazəsi üçün 1190 nəfəri işə götürən şirkət rəhbəri tutuldu
1200 nəfərə yaxın şəxsi karantin postlarından sərbəst hərəkət etmələrinə icazə vermək üçün işə götürən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Daha çox