Kafe sahibi və müştərilər polis şöbəsinə gətirildi
Gədəbəy rayonunda gizli fəaliyyət göstərən kafe aşkarlanıb.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Arıxdam kəndi ərazisində “Ləzzət kafe” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb.
Obyektin sahibi Bayram Camalovla yanaşı, onun müştəriləri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha çox