Özünü öldürmək üçün elektrik dirəyinə çıxdı
Salyan rayonunda intihar cəhdinin qarşısı alınıb.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunda 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Daha çox