Vüsalın intiharı ilə bağlı cinayət işi başlandı
11:56
7 Yanvar 2021
149Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Sabah.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Xatırladaq ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var. V.Musayev Kəlbəcərin Zəylik kəndindən idi. Yaxınlarının verdiyi məlumata görə, o, Talış istiqamətində aldığı xəsarət nəticəsində yaddaşını itirmişdi.
Daha çox