Jurnalistin maşını qarət olundu - Foto

HADİSƏ
10:20
7 Yanvar 2021
47

Jurnalist İlham Məmmədzadənin avtomobili qarət olunub.

Sabah.az xəbər verir ki, o bu barədə feysbuk hesabında məlumat verib.

İ.Məmmədzadə qeyd edib ki, hadisə Sumqayıt şəhərindəki 36-cı məhəllədə baş verib. Onun sözlərinə görə, son 2 ildə ikinci dəfədir ki, belə hadisə ilə qarşılaşır:

"Bunun səbəbi isə çox sadədir. Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsindən bu kimi hallara baxmır. Polis rəsmi şəkildə bildirir ki, dəymiş ziyan 5 000 manatdan aşağı olduğu üçün cinayət işi açılmır".

Jurnalist əlavə edib ki, təqribən 10 gün öncə də qonşu məhəllədən bir dostunun avtomobilini oğurlayıblar.

Xəbər lenti