Təhsil Nazirliyi qərargah yaratdı - Koronavirusa görə

GÜNDƏM
18:56
29 Fevral 2020
108

“Respublikanın bütün təhsil müəssisələrinə fevralın 24-də verilmiş tapşırıq və təlimatlara əlavə olaraq, Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib”.

Sabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərargah koronavirusla bağlı daxil olan sorğu və müraciətlərin araşdırılmasını, müvafiq qərarların təxirə salınmadan qəbul olunmasını təmin edəcək:

“Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil müəssisələrinə koronavirus xəstəliyinin profilaktikası ilə bağlı məlumatların iş saatlarında dərhal nazirliyin müvafiq struktur bölmələrinə, qeyri-iş saatlarında Təhsil Nazirliyinin növbətçi əməkdaşına çatdırılması tapşırılıb.

Vətəndaşlar təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinə aid sorğularla bağlı nazirliyin xüsusi hallar üçün nəzərdə tutulmuş 146-2 “Qaynar xətti”nə 24 saat ərzində müraciət edə bilərlər”.

Xəbər lenti