12 yaşlı Ləman uşaq evinə yerləşdirdi

GÜNDƏM
14:59
6 Yanvar 2021
96

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ötən gün itən 12 yaşlı qızla bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, məlumatda bildirilir ki, Kütləvi informasiya vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat öz əksini tapıb. Fakt dərhal komitə tərəfindən nəzarətə götürülüb.

12 yaşlı L.Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Müvafiq tədbirlər görülür.

Xəbər lenti