Mesut Özil “Fənərbaxça” ilə anlaşdı

İDMAN
14:42
6 Yanvar 2021
94

Mövsümün sonunda “Arsenal”dan ayrılacaq Məsut Özil “Fənərbaxça” ilə anlaşıb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı futbolçu İstanbul klubu ilə 3,5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən Özilin ilk 6 aylıq maaşını London təmsilçisi ödəyəcək. Özil müqavilə məbləği olaraq 2 milyon avro alacaq.

Onun “Fənərbaxça”da illik qazancı isə 5 milyon avro olacaq.

Xəbər lenti