Koronavirusun yeni ştammı artıq 41 ölkədə aşkarlanıb

GÜNDƏM
09:46
6 Yanvar 2021
46

İlk olaraq İngiltərədə aşkar edilmiş yüksək yoluxuculuğa malik koronavirusun mutasiya olunmuş növü artıq 41 ölkədə qeydə alınıb.

Sabah.az TASS-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu barədə Cenevrədə dərc olunan həftəlik epidemioloji bülletenində elan edib.

“5 yanvar tarixindən etibarən ilk olaraq Birləşmiş Krallıqda qeydə alınan koronavirusun VOC-202012/01 variantına, az sayda olsa da, 40 əlavə regionda rast gəlinib”, - məlumatda deyilir.

Qeyd olunur ki, ilk məlumatları Cənubi Afrika Respublikasından gələn və “501Y.V2” növü kimi tanınan koronavirus ştammı başqa altı ölkədə təsbit edilib.

Xəbər lenti