“Qarşı tərəfdə 2 mülki vətəndaşımız saxlanılır”

ÖLKƏ
14:08
5 Yanvar 2021
47

“Hazırda qarşı tərəfdə 2 mülki vətəndaşımız saxlanılır”.

Sabah.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bugünkü konfransda əsirlikdən qurtarılmış 7 hərbi qulluqçumuz iştirak edir.

İ.Axundov əlavə edib ki, bu günədək döyüş bölgəsindən 334 Azərbaycan hərbçisinin, 988 erməni hərbçisinin meyiti çıxarılıb: “Hazırda bu proses davam edir”.