AZAL İrana uçuşları dayandırır

ÖLKƏ
18:05
29 Fevral 2020
86

Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana uçuşları dayandırır.

Sabah.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Bildirilir ki, bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi “Buta Airways” İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.

Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.

Xəbər lenti