Asiyanın ən yaxşı futbolçusu seçildi
Asiyada 2020-ci ilin ən yaxşı oyunçusunun adı açıqlanıb.
Sabah.az “Fox Sport Asia”ya istinadən xəbər verir ki, “Tottenhem”in hücumçusu Son Hın Min birinci olub. O, rekord sayda - 286 səs toplayıb.
Koreyalı oyunçu “Zenit”in iranlı forvardı Serdar Azmunu (2-ci yer, 196 xal) və “Ulsan Hundai”nin (Cənubi Koreya) braziliyalı hücumçusu Junior Neqraonu (3-cü yer, 83 xal) qabaqlayıb.
Yaponiyanın "Vissel Kobe" klubunun yarımmüdafiəçisi Andres İnyesta isə 44 səslə 4-cü olub.
Qeyd edək ki, Son Hın Min 2010-cu ildən Koreya millisində, 2015-ci ildən isə “Tottenhem”də çıxış edir.
Daha çox