“Azərbaycan Dəmir Yolları”nda koronavirusa görə qərargah yaradıldı
“Azərbaycan Dəmir Yolları” QSC-də koronavirus təhlükəsi səbəbindən qərargah yaradılıb.
Sabah.az xəbər verir ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Bununla yanaşı, Bakı Dəmiryolu Vağzalının qaynar xətti fəaliyyətə başlayıb:
+994 12 499 61 11
Daha çox