Kafe sahibi və müştərilər cərimələndi - Foto
10:56
4 Yanvar 2021
68Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şabran rayonunda karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

Daha çox