Yaşasaydı, bu gün 23 yaşı olacaqdı... - Fotolar

GÜNDƏM
17:41
1 Yanvar 2021
543

Vətən müharibəsinin iştirakçılarından olmuş şəhid Osmanov Nəzir yaşasaydı, 23 yaşı olacaqdı.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Qax rayonunun Qıpcax kəndindən olan şəhid Osmanov Nəzir Rahib oğlunun doğum günüdür.

Şəhid N.Osmanov ikinci Qarabağ döyüşləri başlayan gündən döyüşlərə qatılıb və Horadiz, Füzuli, Hadrut şəhərlərinin azad olunmasında qəhrəmancasına vuruşub, noyabrın 1-də Şuşa şəhəri uğrunda döyüşlərdə şəhid olub.

Nəzir Osmanov ölümündən sonra “Vətən Uğrunda” və “Qarabağ Ordeni” medalları ilə təltif olunub.

Xəbər lenti