Daha 3 erməni hərbçinin cəsədi tapıldı

GÜNDƏM
13:56
1 Yanvar 2021
64

Dekabrın 31-də Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

Sabah.az xəbər verir ki, bu barədə “armeniasputnik” məlumat yayıb.

Məlumatda bildirilib ki, iki hərbçinin cəsədi Cəbrayılda, digəri isə Xocavənddə aşkarlanıb. Ümumilikdə 1 138 nəfərin cəsədi tapılıb.

Hazırda axtarış işləri Füzuli və Xocavənd istiqamətində davam edir.

Xəbər lenti