Milli Qəhrəmanlara verilən təqaüd 1800 manat oldu
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanlarında dəyişiklik edib.
Sabah.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün təsis edilmiş Prezident təqaüdünün məbləği 1500 manatdan 1800 manata qaldırılıb.
Daha çox