Bu şəxslərə verilən Prezident təqaüdü artırıldı
Azərbaycan Prezidenti İlham Əliyev “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edib.
Sabah.az xəbər verir ki, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə əlillik dərəcəsindən asılı olaraq verilən Prezident təqaüdünün məbləği artırılıb:
Belə ki, məbləğ müvafiq olaraq, 250-dən 400 manata, 230-dan 350 manata, 210-dan 300 manata qədər artırılıb.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Daha çox