Gizli işləyən gözəllik salonu aşkarlandı
Gədəbəydə karantin qaydalarını pozan gözəllik salonu aşkarlanıb.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıb.
Salonu icarə əsasında işlədən rayon sakinləri Ə.Hüseynova və T.Yusibova barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində, müştəriləri isə 100 manat məbləğində cərimə edilib.
Daha çox