Evdə oğluna toy edən ata qonaqlarla birgə şöbəyə gətirildi

GÜNDƏM
14:27
30 Dekabr 2020
87

Göyçay Rayon Polis Şöbəsinə şəhər sakini Qadir Mahmudovun oğlunun evlənməsi məqsədilə evində məclisi təşkil etməsi barədə məlumat daxil olub.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin qaydalarının pozulması hallarını aşkar ediblər. Ev sahibi və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət olunub.

Xüsusi karantin qaydalarını pozan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar cərimə ediliblər.

Xəbər lenti