“Ermənistanla münasibətlər normallaşa bilər” - Çavuşoğlu
“Ermənistan atəşkəsə əməl edərsə və hörmət edərsə, münasibətlər normallaşa bilər”.
Sabah.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekununa dair mətbuat konfransında Qarabağ ətrafında gedən proseslərə münasibət bildirərkən deyib.
“2020-ci ilin bizim üçün ən vacib hadisələrindən biri də Qarabağ məsələsi oldu. Bu, tarixi bir məsələdir, Azərbaycan meydana endi və biz onun haqqını qaytardıq. Biz də Türkiyə olaraq dəstək verdik. Onları yalnız dost olduğumuz üçün deyil, həm də haqlı olduqları üçün dəstəkləyirdik. Azərbaycana olan dəstəyimiz davam edəcək. Bunu dünən Lavrovla da müzakirə etdik. Ermənistan atəşkəsə əməl və hörmət edərsə, münasibətlər normallaşa bilər. Bu normallaşmadan ən çox qazanan Ermənistan və Ermənistan xalqı olacaq”,- deyə Çavuşoğlu qeyd edib.
Daha çox