İlqar Mirzəyevin və daha iki şəhidin anası Azərbaycan vətəndaşlığına qəbul edildi

GÜNDƏM
12:24
30 Dekabr 2020
66

Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə onların hər biri Azərbaycan vətəndaşlığına qəbul edilib.

Sabah.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, bu şəxslər 2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olmuş və Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevnadır.

Xəbər lenti