Rafael Tokioya lisenziya qazandı
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sabah.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.
Onun sözlərinə görə, Avstriyanın Zalsburq şəhərindəki Karate1 Premyer Liqa turnirinin ilk günündən sonra xallar hesablandıqdan sonra Ağayev 75 kq çəkidə olimpiadaya vəsiqəni rəsmiləşdirib: "Normalda bunun üçün Ağayev Karate1 Premyer Liqa turnirində 3 qələbə qazanmalı idi. Amma dünənki nəticələrdən sonra onun aktivinə 210 xal yazılıb. Bununla da olimpiya reytinq xallarını 6795-ə çatdıran karateçimiz bu günün nəticələrinə görə ən yaxın izləyicisi Tomas Skott (ABŞ, 5017.50 xal) və Stanislav Horunanı (Ukrayna, 4957.50) kifayət qədər qabaqlayır".
Qeyd edək ki, bu, karate yarışlarda Tokio-2020-ə 2-ci lisenziyadır. Daha əvvəl qadın idmançı İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Premyer Liqa yarışından sonra olimpiadaya lisenziya qazanmışdı.
Daha çox