Bakıda 1 direktor və 18 müəllim koronavirusdan vəfat edib

GÜNDƏM
13:51
29 Dekabr 2020
104

“Bakının ümumtəhsil müəssisələrində 1 direktor və 18 müəllim koronavirus infeksiyasından vəfat edib”.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüşdə bildirib.

O, vəfat edənlərə rəhmət diləyib və belə faciəli nəticələrdən qorunmaq üçün hər kəsin müvafiq qaydalara əməl etməsinin zəruriliyini vurğulayıb.

Xəbər lenti