Daha 15 koronavirus xəstəsinə cinayət işi açıldı

ÖLKƏ
10:18
29 Dekabr 2020
27

Dünən küçəyə çıxan 21 nəfər “COVID-19” xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 28-də respublika ərazisində 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Xəbər lenti