Arif Hacılı da PA-nın şöbə müdiri ilə görüşəcək
"Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim".
Sabah.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
"Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim", - A.Hacılı əlavə edib.
Qeyd edək ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və REAL Partiyasının sədri İlqar Məmmədovla ayrı-ayrılıqda görüş keçirib.
Daha çox