Karantində işləyən kafe aşkarlandı
11:21
28 Dekabr 2020
36Mingəçevir şəhəri ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib.
Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştərilər Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.
Daha çox