29 fevral - Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Günüdür
Fevralın 29-u Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Günü kimi qeyd olunur.
Sabah.az xəbər verir ki, həmin günün qeyd olunmasının məqsədi ictimaiyyətin diqqətini nadir xəstəliklərin öyrənilməsi və onlar haqqında məlumatın artırılmasına yönəltməkdir.
Qeyd edək ki, bu tarixi gün 2008-ci ildən nadir xəstəliklərin araşdırılması ilə məşğul olan “EURORDİS” təşkilatının təşəbbüsü ilə keçirilir. Bu günü qeyd etmək üçün fevralın 29-nun seçilməsi də təsadüfi deyil. Çünki bu tarixin özü də nadirdir, yəni 4 ildən bir olur. Qısa illərdə bu gün fevralın 28-də qeyd edilir.
Hazırda dünyada nadir hallarda rast gəlinən 5 mindən çox xəstəlik var. Düzgün və vaxtında aparılan müayinə və müalicə nəticəsində belə xəstəliyə tutulanların ömrünün uzadılmasına nail olmaq mümkündür. Qeyd edək ki, bu cür xəstəliklərin 70 faizindən çoxu irsi deyil.
Daha çox