Xocavənddə şəhid olan Elmir iki gün əvvəl təltif olunmuşdu

ÖLKƏ
11:10
28 Dekabr 2020
129

Dünən erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz döyüşdə göstərdiyi şücaətə görə iki gün əvvəl mükafatlandırılmışdı.

Sabah.az xəbər verir ki, dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi ərazisində 6 nəfərlik erməni silahlı qrupunun hücumu nəticəsində Beyləqan rayonu, Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayıl oğlu şəhid olub.

E.Qənbərov hadisədən iki gün öncə Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəbər lenti