Bakıdan Ankaraya uçan təyyarə geri qayıtdı

XƏBƏR
11:45
29 Fevral 2020
126

Bakıdan Ankaraya yerli vaxtla 10:35-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-003 nömrəli reysinin kapitanı texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarını verib.

Sabah.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, Bakı vaxtı ilə 11:05-də təyyarə Bakının hava limanına uğurlu eniş edib.

İlkin məlumata görə reys saat 12:30-a qədər gecikir.

Xəbər lenti