Qarabağda fəaliyyət göstərəcək türk hərbçilər Azərbaycana gəldi

GÜNDƏM
15:55
26 Dekabr 2020
110

Ağdamda yerləşəcək Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.

Sabah.az NTV-yə istinadən xəbər verir ki, məlumata əsasən, ilkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Yaxın günlərdə bu sayın 60-a çatacağı bildirilib.

Yanvar ayından etibarən onlar rusiyalı hərbçilərlə bərabər Dağlıq Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılan Birgə Monitorinq Mərkəzində xidmətə başlayacaqlar.

Bölgədəki yoxlamalardan əlavə, Türkiyə hərbçiləri Azərbaycan silahlı qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım və minalardan təmizlənmə fəaliyyətlərində də iştirak edəcəklər.

Xəbər lenti