Əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği artırıldı

İQTİSADİYYAT
14:23
26 Dekabr 2020
89

Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklərlə bağlı qərarı imzalayıb.

Sabah.az xəbər verir ki, dəyişikliyə əsasən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata qədər (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılıb.

Bundan başqa, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcək.

Qanunun 1.3-cü maddəsi 2021-ci il 5 aprel tarixindən qüvvəyə minəcək.

Xəbər lenti