İctimai nəqliyyatın hərəkəti bu tarixlərdə dayandırılacaq

ÖLKƏ
11:46
26 Dekabr 2020
80

Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alaraq qəbul edilən qərara əsasən 2021-ci ilin aşağıdakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Sabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul etdiyi qərara əsasən 2021-ci il:

- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək
bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir.

Xəbər lenti