Hakimə narkotik çəkdiyini deyib həbs edilməməsini xahiş etdi

XƏBƏR
11:20
29 Fevral 2020
79

Bakıda hamilə qadına qarşı soyğunçuluq edən şəxs həbs edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 34 yaşlı Bəhruz Muradov Səbail rayonunda axşam saatlarında bir hamilə qadını izləyib. Qadın bankomatdan pul çıxarıb evə doğru getməyə başlayıb. B.Muradov da onun arxasıyca gedib və küçənin qaranlıq hissəsində qadının əlindəki pul kisəsini əlindən alaraq qaçıb. Pul qabının içində 390 manat olub.

B.Muradov saxlanılıb və həbs edilməsi üçün məhkəməyə çıxarılıb.

O, məhkəmədə hakimə narkotik istifadəçisi olduğunu, həbs edilərsə ona çətinlik yaranacağını deyərək azadlığa buraxılmasını xahiş edib.

Məhkəmənin qərarı ilə B.Muradov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti