“Gələn il pensiyaların orta məbləği 338 manat olacaq”
“Gələn il üçün pensiyaların orta məbləği 338 manat proqnozlaşdırılır. Yaşa görə pensiyanın məbləği isə 370 manat olacaq”.
Sabah.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, bu gün alıcılıq qabiliyyəti üzrə Azərbaycanda həm minimum, həm də orta pensiya məbləği MBD-də ən yüksək göstəricidir.
Daha çox