Bu gündən tərxis başlayır - Sərəncam

ÖLKƏ
11:15
25 Dekabr 2020
98

Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilsinlər.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandırsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti