Ağaxan Salmanlı vəfat etdi

ÖLKƏ
09:52
29 Fevral 2020
117

Azərbaycanın tanınmış teatr və kino aktyoru, xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Sabah.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib. Bu barədə teatrın aktyoru İlham Əsədov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı uzun illər Gənc Tamaşaçılar Teatrının aktyoru olub. 1978-ci ilə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

Xəbər lenti