Tokayev İlham Əliyevə zəng vurdu

XƏBƏR
10:49
24 Dekabr 2020
28

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sabah.az xəbər verir ki, Qazaxıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər lenti