Daha bir vəkil koronavirusdan dünyasını dəyişdi

GÜNDƏM
16:27
23 Dekabr 2020
148

Azərbaycanda daha bir vəkil dünyasını dəyişib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, 15 saylı vəkil bürosunun vəkili Heydər Əsgərov koronovirusdan vəfat edib.

Vəkillər Kollegiyasından məlumatı təsdiqləyiblər.

66 yaşlı H.Əsgərov 17 il vəkillik fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!

Xəbər lenti