Fazil Qurbanov koronavirusdan vəfat etdi

GÜNDƏM
12:30
23 Dekabr 2020
299

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Fazil Qurbanov koronovirusdan vəfat edib.

Sabah.az xəbər verir ki, o, ötən gecə COVID-19-dan müalicə olunduğu xəstəxanada 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fazil Qurbanov 1980-ci ildə SSRİ TEA-nın Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzi (ÜECM, indiki Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Cərrahiyyə Mərkəzi) nəzdində aspiranturaya daxil olub. 1983-cü ildə “Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tibb elmləri doktoru olan F.Qurbanov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildən isə həqiqi üzvü olub. 2016-cı ildə Ümum-Rusiya Azərbaycan Konqresinə sədr seçilib.

Allah rəhmət eləsin!

Xəbər lenti