“İqtisadiyyatımız yüksək dayanıqlılıq nümayiş etdirib”
“2020-ci ildə bütün mövcud çətinliklərə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik daha da gücləndirilib. İqtisadiyyatın kiçilməsi müşahidə edilsə də, ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib”.
Sabah.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov büdcə müzakirələrindəki çıxışında bildirib.
O qeyd edib ki, qeyri-neft sektorunda ÜDM-nin 2,9 faiz azalması gözlənilir:
“Karantin dövründə mal və istehlak bazarında 7,6 faiz azalma olub. Yanvar -noyabr aylarında investisiyalar 4, 6 faiz olub. Neft və qaz sektorunda isə bu rəqəm 8,4 faiz artıb. İlin sonuna ÜDM-nin 4 faiz azalmasını proqnozlaşdırılır”.
Daha çox